Rockstar Games, oyun dünyasını yenidən silkələdi! Uzun illərdir gözlənilən Grand Theft Auto VI (GTA 6) oyununun ikinci rəsmi fraqmanı yayımlandı və qısa müddətdə milyonlarla baxış topladı.
Yeni fraqmanda bizi qarşılayan möhtəşəm görüntülər, real həyatla oyun arasındakı sərhədləri demək olar ki, tamamilə silir. Vice City atmosferi yenilənmiş qrafika ilə geri dönür, amma bu dəfə daha geniş və daha canlı bir şəhər formatında.
GTA 6, seriyanın tarixində ilk dəfə oynana bilən qadın baş qəhrəman Lucia ilə gəlir. O, sevgilisi Jason ilə birlikdə bu kriminal və dramatik dünyada əsas rolları paylaşacaq. Fraqmandan görünür ki, oyunda yalnız döyüş və sürət deyil, həm də dərin hekayə xətti, sosial media satirası və realistik NPC davranışları oyun təcrübəsini yeni səviyyəyə qaldıracaq.
Ən diqqətçəkən məqam isə layihənin 2 milyard dollara yaxın büdcəyə malik olmasıdır – bu da GTA 6-nı oyun tarixində ən bahalı layihə statusuna yüksəldir. Oyun üçün hazırlanan xəritə isə GTA 5-dən 10 dəfə böyük olacaq. Bu, daha geniş ərazilər, müxtəlif bölgələr və daha çox qarşılıqlı əlaqə deməkdir.
📅 Rəsmi çıxış tarixi: 26 may 2026
🎮 Əvvəlcə PlayStation 5 üçün çıxacaq, daha sonra isə digər platformalara uyğunlaşdırılacaq.
Rockstar Games-in bu qədər uzun müddət və böyük büdcə ilə ərsəyə gətirdiyi GTA 6 oyunu, görünür ki, 13 illik gözləntiyə tam dəyəcək.